Azərbaycanda adambaşına 2 litr spirtli içki satılıb
05 avqust 2014 11:59 (UTC +04:00)

Azərbaycanda adambaşına 2 litr spirtli içki satılıb

“Spirtli içkilər nə Azərbaycan əhalisinin, nə də dünyanın digər ölkələrinin istehlak səbətinə daxil deyil”. Lent.az-ın məlumatına görə, bunu modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildiriblər. Komitədən həmçinin qeyd olunub ki, əvvəlki illərlə müqayisədə spirtli içkilərin satışı artıb: “Son illərin orta göstəricisi mütləq alkoqol hesabı ilə ildə adambaşına 1.75 litr təşkil edir. Pərakəndə ticarət şəbəkələrində 1994-cü ildə 11,5 milyon manatlıq, 2004-cü ildə 109.3 milyon manatlıq,  2013-cü ildə isə 246,3 milyon manatlıq spirtli içkilər satılıb. Spirtli içkilərin satışı hər il özündən əvvəlki illə müqayisədə artıb”.

Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının dosenti Qızılgül Abbasova spirtli içkilərin satışının artmasını belə izah edir: “Spirtli içkilər gəlirli bir sahədir və dövlət tərəfindən yüksək aksiz qoyulur. Çünki onlara tələbat yüksəkdir. Həm də əhalinin hansı təbəqələri arasında tələbatın yüksək olmasına diqqət etmək lazımdır. Spirtli içkilər arasında struktur fərqləndirməni aparaq: az alkoqollu və çox alkoqollu içkilər. Ola bilsin az alkoqolu içkilərə tələbat artıb. SSRİ məkanında pivəyə meyllilik həmişə çox güclü olub. Hazırda gənclər arasında pivə içənlər çoxdur. Hətta bəzilərində buna aludəçilik var”.

Q. Abbasova belə pis vərdişləri aradan qaldırmaq üçün sağlam həyat tərzini təbliğ etməyin vacibliyini vurğulayır: “Amma onlara cəlb edilmə dərəcəsi kifayət qədər deyil. Həm ümumi mədəniyyət səviyyəsini, həm də içkilərin istehlakı mədəniyyətini artırmalıyıq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1081
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar