ARDNŞ rəsmən TAP-a qoşuldu 
30 iyul 2013 16:11 (UTC +04:00)

ARDNŞ rəsmən TAP-a qoşuldu 

                           

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Trans Adriatik (TAP) boru kəməri layihəsində iştirakını təmin etmək məqsədilə İsveçrənin Sürix şəhərində ARDNŞ ilə “TAP AG” şirkətinin hazırkı səhmdarları arasında səhmlərin alqı-satqısı barədə müqavilənin imzalanması mərasimi keçirilib.

 

ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərasim zamanı həmçinin ARDNŞ, PEG, AXPO, BP, Fluxys, Total və Statoil şirkətləri arasında “TAP AG” şirkətinin yeni səhmdarlar müqaviləsi imzalanıb.

 

Bununla da ARDNŞ-in TAP boru kəməri layihəsinə qoşulması rəsmiləşdirilib.  

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qazın Avropa bazarlarına nəql edilməsi TAP boru kəməri vasitəsilə həyata keçiriləcək. Boru kəməri Yunanıstan və Albaniya ərazilərindən, habelə Adriatik dənizindən keçərək Cənubi İtaliya sahilinə qədər uzanacaq. TAP boru kəməri Azərbaycanı və Xəzər dənizi regionunda qaz istehsalçılarını Avropa ilə birbaşa birləşdirən “Cənubi Qaz Dəhlizi”ni açacaq və yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893
avatar

Oxşar yazılar