"Petkim"ə faydalı olmadığımı gördüm" - Kənan Yavuz
07 sentyabr 2016 10:42 (UTC +04:00)

"Petkim"ə faydalı olmadığımı gördüm" - Kənan Yavuz

0

"Petkim Petrokimya Holding A.Ş."-nin İdarə Heyəti üzvlüyündən istefa verən Kənan Yavuz bu addımını şərh edib.

 

"APA-Economics"in xəbərinə görə, K. Yavuz şirkətə faydalı olmadığını hiss edib: "Bildiyiniz kimi, aprel ayında "SOCAR Turkey Energy" şirkətinin baş icraçı direktoru vəzifəsindən uzaqlaşdım və fəaliyyətimi "Petkim Petrokimya Holding A.Ş."-nin İdarə Heyətinin üzvü kimi davam etdirdim. Bu müddətdə o qədər də faydalı olmadığımı gördüm. Bundan sonra real sektorda işlədiyim müddətdə topladığım təcrübəmlə vətənimə xidmət etməyə davam edəcəyəm".

 

Qeyd edək ki, K. Yavuzun yerinə Ertuğrul Altın təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 267

Oxşar yazılar