DGK: Gömrük qanunvericiliyi təkmilləşdiriləcək
13 iyun 2018 12:15 (UTC +04:00)

DGK: Gömrük qanunvericiliyi təkmilləşdiriləcək

“Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək”.

 

APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtar bildirib.

 

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyinə yeni düzəlişlər üzərində işləyir. O bildirib ki, təkliflər hələlik müzakirə mərhələsindədir: “Təkliflərin sistemləşdirilməsindən sonra baxılması üçün gömrük rəhbərliyinə göndəriləcək”.

 

 

S. Muxtar qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi gömrük sənədləşməsində sənədlərin azalmasına, gömrük prosedurlarının və gömrükdən keçid vaxtının azalmasına və sadələşdirilməsinə səbəb olacaq.

# 436
avatar

APA Baycan

Oxşar yazılar