Əfsanəvi braziliyalı futbolçu Ronaldo Braziliyanın "Kruzeyro" klubunun səhmlərinin nəzarət paketini satdığını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Ronaldo bu satışdan 109 milyon avro alıb. Keçmiş futbolçu ikinci aktivini - İspaniyanın "Valyadolid" futbol klubunu da satacağını açıqlayıb.
"Valyadolid” növbəti olacaq", - "Yekədiş" qısaca qeyd edib.
47 yaşlı Ronaldo Braziliya millisi ilə ikiqat dünya çempionu olub və iki dəfə “Qızıl top”un qalibidir.