(R)Yeni  RENAULT MEGANE – Dinamik və ifadəli dizayn
16 sentyabr 2015 10:17 (UTC +04:00)

(R)Yeni RENAULT MEGANE – Dinamik və ifadəli dizayn

Renault dördüncü nəsil Megane hetçbekini təqdim edir. Avtomobilin bazarda mövcud olduğu 20 il ərzində bütün dünya üzrə 6.5 milyondan artıq Megane satılıb.

Ən çox inkişaf edən seqmentlərdən birində yeni Megane banın dinamik formaları və ön və arxa faraların ifadəli dizaynı hesabına əhəmiyyətli dərəcədə fərqlənəcək.

Satışların lap əvvəlindən Megane həm də GT versiyasında təqdim olunacaq. Onun dizaynı Renault Sport üslubunda yerinə yetiriləcək.

 

YENİ PROPORSİYALAR VƏ ÜSLUBLU DİZAYN

 

Yeni Megane yoxlanılmış proporsiyaları və C şəklində hazırlanmış ön və arxa faraların yeni işıq optikası ilə fərqlənən dinamik və üslüblu dizayna malikdir.

 

Yeni Megane yeni qabaritlərə malikdir – üçüncü nəsil Megane ilə müqayisədə avtomobilin hündürlüyü  25 mm azaldılıb, ön təkər izi 44 mm, arxa təkər izi isə 39 mm genişlənib, bu da avtomobilə yolu daha yaxşı “hiss etmək” imkanı verir. Avtomobilin yeni idman siması  uzunsov (+28 mm)  təkər bazası və qısaldılmış arxa çıxıntı ilə xarakterizə olunur. Çoxsaylı xromlanmış elementlər onun brutal və xarizmatik xarakterini nəzərə çarpdırır.

 

SATIŞLARIN LAP ƏVVƏLİNDƏN ƏLVERİŞLİ EKSKLÜZİV GT VERSİYASI

Yeni Megane GT-nin ön hissəsi böyüdülmüş hava qəbuledicisi və şanvari radiator  məhəccəri ilə idman üslubunda yerinə yetirilib.

Arxadan  yeni Megane GT iki ədəd xromlanmış  işlənmiş qaz borusu ilə təchiz olunub ki,  bu, avtomobilin idman üslubunu nəzərə çarpdıraraq  onu Formula 1-in  bolidlərinə yaxınlaşdırır. Bundan əlavə, Megane GT versiyasının arxasında, önündə və ön qanadlarında  Renault Sport yazısı var.

Yeni avtomobilin banı xüsusi “Mavi metallik”  rəngində verilib və bu avtomobilin dizaynının tünd elementləri ilə əla uzlaşır. Megane GT Renault Sport komandasının işləyib hazırladığı yüngül lehimli 18 düymlük disklərlə təchiz olunub. 

 

Yeni Renault Megane 17-27 oktyabr tarixlərində keçiriləcək Frankfurt avtosalonunda  təqdim olunacaq. Sərginin ziyarətçiləri həmçinin yenilənmiş interyer, yeni avadanlıq və hetçbekdə təklif olunan motorlar sırası ilə tanış ola biləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209

Oxşar yazılar