Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu bankların əmlaklarının satışına başlanacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla bağlı "emlak.adif.az" saytı yaradılacaq: "Bilirsiniz ki, bankların mülkiyyətində müxtəlif əmlaklar, kompüterlər və digər avadanlıqlar var. Dəyəri böyük olan əmlakların sayı azdır və bu əmlaklar qiyməti beynəlxalq qiymətləndirici şirkətlər tərəfindən müəyyən ediləcək. Bundan sonra, dəyəri yüksək olan əmlaklar hərraclar vasitəsilə satılacaq".
Bundan başqa, müflis elan edilmiş bankların əmlaklarının icarəsi də mümkün olacaq.