Milli iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələri
13 yanvar 2017 14:57 (UTC +04:00)

Milli iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələri

 

Bu gün dünyada ən uğurlu və dinamik inkişaf edən iqtisadiyyata, çoxmilli birgəyaşayışın tolerant modelinə malik olan Azərbaycan strateji tərəfdaş, beynəlxalq əməkdaşdır.  Azərbaycan geosiyasi məkanı, zəngin təbiəti, Şərq və Qərb arasında ortaq-sintez sivilizasiya missiyası ilə tarix boyu qlobal güclərin diqqət mərkəzindədir.

Son illər Respublikamızda aparılan davamlı islahatlar, məqsədyönlü strateji konsepsiyalar respublikamızın  iqtisadi gücünün artmasına, regional lider olaraq xarakterizə olunmasına imkan yaratmışdır. Bu isə paralel şəkildə sosial-iqtisadi inkişafı, sosial rifah halının yüksəlməsinə imkan yaradır.

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı ildə imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı ilə təqdim edilmiş strateji yol xəritələri də məhz iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə tədbirləri nəzərdə tutur, görüləcək işləri, hədəfləri müəyyənləşdirir.

Strateji yol xəritəsi çox ciddi təhlillər üzərində qurulub. Burada Azərbaycanda mövcud iqtisadi vəziyyət, həm də qlobal və regional trendlər nəzərə alınıb. İmzalanmış fərmana əsasən , Respublikamızda 12 strateji yol xəritələri müəyyənləşdirilmişdir:

- milli iqtisadiyyat perspektivi üzrə ;

- neft və qaz sənayesinin inkişafına dair;

- kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair;

- kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair ;

- ağır sənaye və maşınqayırmanın inkişafına dair ;

- ixtisaslaşmış turizm sənayesinin inkişafına dair;

- logistika və ticarətin inkişafına dair;

 - uyğun qiymətə mənzil təminatının inkişafına dair;

- peşə təhsili və təliminin inkişafına dair;

- maliyyə xidmətlərinin inkişafına dair;

- telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair;

- kommunal xidmətlərin inkişafına dair - Strateji Yol Xəritələri.

Tədbirlər əsasən 3 mərhələdə həyata keçiriləcək: 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı.

İlk mərhələ qısa müddətdə ölkə iqtisadiyyatına xarici mənfi təsirlərin qarşısını almaq, iqtisadiyyatı mənfi şoklardan qorumaq nəzərdə tutulur. Eyni zamanda, ortamüddətli dövrdə inkişaf xəttinin bərpa edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, ölkə iqtisadiyyatının daha çox dünya iqtisadiyyatına inteqrasiyası yolu ilə rəqabətqabiliyyətliliyin artırılması nəzərdə tutur.

İkinci mərhələ ölkə iqtisadiyyatının, əsasən yüksək gəlir yaradan, rəqabətqabiliyyətliliyin artırılmasına xidmət edən tədbirlərin görülməsinə istiqamətlənir. 

Üçüncü mərhələdə isə yüksək texnologiyaya əsaslanan inklüziv iqtisadiyyatın formalaşdırılması sahəsində tədbirlər həyata keçiriləcək ki, burada əsas məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və bunun əsas göstəricisi olan insan inkişafı indeksinin daha da yüksəldilməsidir.

Strateji yol xəritəsində sahibkarlığın inkişafı prioritet elan olunub. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər sırasında sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaxşılaşdırılması, maarifləndirilməsi, xarici əlaqələrin qurulması, forumların keçirilməsi nəzərdə tutulmuşdur. 

Bütün bunlar onu deməyə əsas verir ki, strateji baxış Azərbaycanın davamlı iqtisadi inkişafı əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması və qlobal regional dəyər zəncirlərində özünəməxsus mövqeyinin gücləndirilməsi üzərindən sosial rifahı yaxşılaşdırmağa istiqamətlənəcək.

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar