Taksi sürücülərinin imtahan verməsi NƏLƏRİ DƏYİŞDİRƏCƏK?  – Ekspert DANIŞDI
06 sentyabr 2024 14:08 (UTC +04:00)

Taksi sürücülərinin imtahan verməsi NƏLƏRİ DƏYİŞDİRƏCƏK? – Ekspert DANIŞDI

Cəmiyyətdə taksi sürücülərinin imtahan verməsi ciddi müzakirələrə səbəb oldu. Kimisi bu qərarı dəstəkləyir, kimisi isə bunun əleyhinə fikirlər səsləndirir.

Maraqlıdır, görəsən taksi sürücülərinin imtahan verməsi nələri dəyişdirəcək?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Lent.az-a açıqlamasında bildirib ki, bu imtahan sürücülük ilə bağlı peşəkarlığın müəyyən edilməsi çox doğru addımdır. 

Onun sözlərinə görə, çünki bu sahədə ciddi boşluqlar var:

“İmtahanlar özü ilə bərabər həmişə məsuliyyət gətirir. Bu və digər formada imtahanların keçirilməsi insanlarda məsuliyyət hissini artırır. Onların sürücülük davranışı və qanunları mənimsəmək cəhətdən mühüm rol oynayır. Ümumiyyətlə, taksi fəaliyyətinə yararsız insanların kütləvi şəkildə taksi sürücüsü kimi fəaliyyət göstərməsi həm sahənin nüfuzunu aşağı salır, həm də qəzaların çoxluğuna, xidmət zamanı vətəndaşlara qarşı müəyyən neqativ halların yaşanmasına gətirib çıxarır. Bu, taksi fəaliyyətində mövcud vəziyyəti qaydaya salmaq üçün atılan addımdır və müsbət nəticə verəcəyi şübhəsizdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729
avatar

Arzu Qurbanlı

Oxşar yazılar