Bu gün Sumqayıt şəhərinin və Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Lent.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Qaz Tənzimləmə Məntəqəsindən (QTM) qidalanan orta təzyiqli qaz kəmərinin 159 mm-lik hissəsinin yerinin dəyişdirilməsi və “Sabunçu ümumi” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı avqustun 29-da saat 10:00-dan qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin (Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Novxanı, Corat və Novxanı bağları, 51, 52-ci məhəllələr, 13, 16, 17, 20 və 21-ci mikrorayonlar) və Sabunçu rayonunun Sabunçu qəsəbəsinin (2-ci mədən, Şəhər şosesi, Stansiyayanı, E.Mehdiyev, İ.Aslanov, S.Hüseyn, Qanbay Vəzirov, Musabəyov, Aydınbəyov, Y.Qasımov, Y.Əliyev, E.Saratov, R.Məcidov, T.Bünyadov, Mayakovski, Ə.Cavad, X.Natavan küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.