HUAWEI nova 12i:  Gələcəyin Büdcənizə Uygun Texnologiyası
01 iyul 2024 15:47 (UTC +04:00)

HUAWEI nova 12i: Gələcəyin Büdcənizə Uygun Texnologiyası

Smartfonlar dünyasına daim yeniliklər gətirən Huawei, bu dəfə sizi HUAWEI nova 12i ilə təəccübləndirəcək. Şirkət, innovativ texnologiyaları və müasir dizaynı özündə birləşdirərək, istifadəçilərə dəbli və çoxfunksional modellərini təqdim etməyə davam edir. Nova 12i, yalnız texnoloji baxımdan inkişaf etmiş bir cihaz deyil, həm də gündəlik həyatınızda sizin ən yaxın köməkçiniz olacaq. Gəlin bu yeni smartfonla yaxından tanış olaq.

Xarici görünüş

HUAWEI nova 12i modeli nova seriyası modellərinə xas olan harmoniya və nizam hissi yaradan simmetrik dizaynda hazırlanmışdır.

Korpusun kənarları bir qədər yuvarlaqdır, buna görə cihazı əldə tutmaq çox rahatdır. Ekranın korpusdan kənara çıxmaması onu kənar zədələrdən qoruyur. Cihazı işə başlatmaq düyməsi qabarıq olmadığına görə, zövqlü görüntü yaratmaqla yanaşı, istifadəsi də çox rahatdır.

Smartfon iki klassik versiyada - zümrüd çalarındakı yaşıl və vulkan külünü xatırladan qara rənglərdə təqdim olunur .

Displey

HUAWEI nova 12i IPS displeyi ilə təchiz olunub. 6,7 düym ekranı istifadəçi üçün geniş imkanlar açır. 270Hz reaksiya tezliyi ilə ekranı sürətli sürüşdürə və ya hərəkət etdirə bilərsiniz. Bunun sayəsində, sizin cəld reaksiya göstərmək imkanınız artacaq ki, bu da həm işgüzar, həm də əyləncə məkanında çox önəmlidir. 500 nit parlaqlıq isə hətta ən qızmar günəş şüalarının altında smartfondan rahat istifadə etməyə imkan yaradır.

Əməliyyat sistemi

HUAWEI nova 12i smartfonu EMUI 14 əməliyyat sisteminin ən son versiyasi ilə təchiz olunub. Bu, məlumatlarınızın qorunmasını və məxfiliyi tam təmin edir.

Smartfon səkkiz nüvəyə malik Qualcomm Snapdragon 680 çipsetində işləyir. Bu, çox sayda məsələnin, tapşırığın həllində kifayət qədər məhsuldar nəticələr əldə etməyə imkan verir.

Operativ yaddaşın həcmi 8 GB, daxili yaddaş isə 128 və ya 256 GB-dır. Sistem optimal işləyir, tətbiq və proqramlar sistemin sürətini aşağı salmır.

 

Kameranın imkanları

Smartfonun arxa tərəfində kameraları olan böyük dairəvi blok var. Kameraların malik olduğu yeni xüsusiyyətlər sayəsində foto və video arxiviniz daim yüksək keyfiyyətli materiallarla dolacaq.

RAW formatında çox sayda kadrı birləşdirmə alqoritmlərı isə dəqiq, keyfiyyətli və işıqlı fotoların çəkilməsini təmin edir.

 

Enerji təchizatı

HUAWEI nova 12i  nova seriyasının əvvəlki nəsillərinin yüksək tutumlu batareyasını miras kimi götürüb. Smartfon daha qənaətcil 5000 mAs batareya ilə təchiz edilib.

Sürətli enerji doldurma dəstəyi ilə HUAWEI nova 12i-ni 30 dəqiqə ərzində 62%-ə qədər şarj edərək bütün gün smartfondan tam istifadə edə bilərsiniz.

Huawei nova 12i dizaynı, sürəti və batareya ömrü ilə seçilən smartfondur. Münasib qiymətə bu smartfonu əldə etmək isə müasir alıcılar üçün bir tapıntıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191
avatar

Oxşar yazılar