Fevralın 13-də SOCAR "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" Daşkəsən rayonunda təşkil olunub.
Qurumdan Lent.az-a verilən məluamat görə, aksiyada ümumilikdə 12 müraciət ünvanlanıb.
Rayonun S.Vurğun küçəsində yaşayan Rövşən Əmrahovla Əli Əkbərov onlara məxsus debitor borcun araşdırılmasını istəyiblər. Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinin qaz təminatının bərpa olunması ilə bağlı müraciət isə Azər Şirinov tərəfindən ünvanlanıb.
Görüşdə səsləndirilən müraciətlər Şəmkir RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra araşdırılması üçün qeydiyyata alınıb.