Məşhur “Forbes” jurnalı 2022-ci ildə Rusiyanın ən çox ziyana düşən oliqarxlarının siyahısını təqdim edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya Aleksey Mordaşov başçılıq edir.
O, ötən ili 11 milyard 100 milyon ziyanla başa vurub. Sonrakı yerləri Tatyana Bakalçux, Roman Abronoviç, Alek Tinkov və başqaları tutur.
Siyahıda azərbaycanlı oliqarx Vahid Ələkbərov da var. O, ötən il 5 milyarddan çox pul itirib.