Hər zaman insanlara xoş əhval-ruhiyyə bağışlamaq və sevinc bəxş etmək kimi xeyirxah məqsədə xidmət edən “Berqa” markası öz ənənəsinə bu dəfə də sadiq qaldı.
Belə ki, ikinci dəfə keçirilən “Berqa” ilə “Xoş əhval” konserti qonaqlara unudulmaz anlar yaşadıb. Layihənin “Park Bulvar”da baş tutan ikinci konsertinin qonaqları Nura Suri və Cabik olub.
“Berqa” markası tərəfindən təşkil olunan növbəti konsert 07.01.2023-cü il tarixində “Park Bulvar”da keçiriləcək. Konsert proqramı barədə məlumat bütün sosial şəbəkə platformalarında və saytlarda ətraflı şəkildə yerləşdiriləcək.
Hər kəsi ilboyu keçirilməsi nəzərdə tutulan “Xoş əhval” konsertlərinə dəvət edirik! Gəlin, birlikdə “Xoş Əhval”ımız olsun! “Berqa əhvalınızı dəyişdirəcək”.