Bakının bu rayonlarında QAZ KƏSİLƏCƏK
13 noyabr 2023 14:08 (UTC +04:00)

Bakının bu rayonlarında QAZ KƏSİLƏCƏK

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Alatava QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin 0-cı km-də quraşdırılmış siyirtmənin görüləcək təmir işləri ilə əlaqədar, 13.11.2023-cü il tarixdə saat 14:00-dan işlər başa çatanadək “Alatava” QPS-dən qidalanan “Tbilisi prospekti” və “Mikrorayon” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Lent.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib. 

Belə ki, təmir işləri aparılan müddətdə Binəqədi və Nəsimi rayonlarının bir hissəsinin (Binəqədi rayonu, 6, 8, 9 mikrorayonlar, Xutor qəsəbəsi, Vorovski yaşayış massivində, Biləcəri qəsəbəsinin bir hissəsində, Natavan, Qabil Süleymanov, Rəşid İsmayılov, Yəhya Hüseynov, Şevçenko və Tolstoy küçələri ətrafında, Motodrom yaşayış massivi ərazisində, Nəsimi rayonu, 1,2,3,4 MKR, 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, H.Əliyev prospekti) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13803
avatar

Fidan İlqar

Oxşar yazılar