“Bakı Marafonu 2026”ya görə 30 avtobus marşrutunun  hərəkət sxemi dəyişdirilir
01 may 2026 18:07 (UTC +04:00)

“Bakı Marafonu 2026”ya görə 30 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

0

“Bakı Marafonu 2026” tədbiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, mayın 3-də 1, 2, 4, 7A, 7B, 10, 11, 13, 20, 21, 24, 30, 32, 36, 38, 46, 49, 71, 72, 88A, 93, 120, 120E, 125, 145, 177, 184, E1, H1 və M8 saylı marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Dəyişikliyə əsasən, 1 saylı marşrutun (“Neftçilər” m/st istiqaməti) və H1 saylı marşrutun (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqaməti) fəaliyyəti Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə təşkil ediləcək.

2 saylı marşrut Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Əhməd bəy Ağaoğlu küçəsi – Təbriz küçəsi – Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.

4, 10 və 88A saylı marşrutların son dayanacaq məntəqələri Dilarə Əliyeva və 28 May küçələri (Səməd Vurğun bağı) olmaqla təşkil ediləcək. Marşrutlar Bakı Ağ Şəhərə daxil olmayacağından qismən fəaliyyət göstərəcək.

7A, 7B, 11, 24, 71 və 93 saylı marşrutların fəaliyyəti Ziya Bünyadov prospektinin əsas hərəkət hissəsi (yol ötürücü) ilə təşkil ediləcək.

13 və M8 saylı marşrutların fəaliyyəti Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə təşkil ediləcək.

20, 21, 30, 32, 46, 49, 72, 120 və 120E saylı marşrutların son dayanacaq məntəqələri Xocalı prospektində (“Şah İsmayıl Xətai” m/st) təşkil ediləcək. Bu marşrutlar “28 May” NMM və “Sədərək” ticarət mərkəzinə daxil olmayacağından qismən fəaliyyət göstərəcək. 20, 21 və 32 saylı müntəzəm marşrutlar Bakı Ağ Şəhər daxil olmaqla son dayanacaq məntəqələri Xocalı prospekti (“Şah İsmayıl Xətai” m/st) təşkil ediləcək.

36, 145 və 184 saylı marşrutların son dayanacaq məntəqəsi Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində (“Koroğlu” m/st) təşkil ediləcək.

38 saylı marşrut başlanğıc dayanacaq məntəqəsi Səməd Vurğun küçəsi, son dayanacaq məntəqəsi isə Ağa Nemətulla küçəsi olmaqla fəaliyyət göstərəcək. Marşrut Keşlə qəsəbəsinə daxil olmayacağından qismən işləyəcək.

125 saylı marşrutun fəaliyyəti (“28 May” NMM istiqaməti) Rəşid Behbudov küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Azadlıq prospekti ilə təşkil ediləcək.

177 saylı marşrut son dayanacaq məntəqəsi Bilgəh-Pirşağı yolu (“Ləhic bağları” ərazisi) olmaqla fəaliyyət göstərəcək.

E1 saylımarşrutun fəaliyyəti Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti - Heydər Əliyev prospekti (əsas hərəkət hissəsi) ilə təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar