“Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin növbəti canlı yayımı olacaq.
Qurumdan Lent.az-a verilən məlumata görə, canlı yayım fevral ayının 1-də saat 15:00-da "Facebook" və "Instagram" sosial şəbəkələri üzərindən baş tutacaq.
Vətəndaşlar qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciət edə bilərlər.