Azərbaycanın bu rayonunda qaz olmayacaq
23 iyun 2025 17:07 (UTC +04:00)

Azərbaycanın bu rayonunda qaz olmayacaq

Sabah Sabirabad rayonunun 17 kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə Lent.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir.

Bildirilib ki, qaz təchizatı dayandırılmasına səbəb diametri 315 mm-lik PE “Ulacalı-Qaragüney” orta təzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış Dş 300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılmasıdır.

Bu məqsədlə iyunun 24-də saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 7 846 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar