“Agricola” şirkəti tərəfindən “Yeni dövrə bizimlə başla” adı altında tanışlıq və dostluq tədbiri keçirilib
09 avqust 2024 11:15 (UTC +04:00)

“Agricola” şirkəti tərəfindən “Yeni dövrə bizimlə başla” adı altında tanışlıq və dostluq tədbiri keçirilib

"Abşeron Marriott" hotelində baş tutan tədbirdə şirkət rəhbərliyi, əməkdaşları, fermerlər, əkinçilər, kənd təsərrüfatı sahəsində olan işçilər, digər özəl müəssisələrin rəhbərləri və  medya nümayəndələri iştirak ediblər.

Tədbir zamanı “Agricola”nın fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, şirkətin əsas fəaliyyət istiqaməti fermerlərin tələbatının ödənilməsi üçün ən müasir gübrə növləri olan  torpaq gübrələrinin, maye gübrələrnin və bitki mühafizə vasitələrinin idxalı təşkil edir. 

Xaliq Məmmədovun rəhbərlik etdiyi şirkət dünyanın öncül gübrə istehsalçıları olan Yara Suomi (Norveç), Biosen (Türkiyə), İntermag (Polşa), Rotem Amfert (İsrail) və digər şirkətlərin distribütoru və nümayəndəsi kimi Azərbaycanda çıxış edir.

Hazırda 10-dan artıq ölkədən gətirilən 170 çeşiddən artıq məhsul fermerlərə təklif olunur. 

Bundan əlavə  idxal olunan ən qabaqcıl, o cümlədən yeni nəsil sayılan gübrələrdən "Foliar Yara Vita Brassitrel Pro", "Yara Vita Agriphos", "Biosen" şirkətinin orqanik gübrələri ölkənin ən böyük əkin sahələrində sınaqdan keçirilməkdədir. 

“Agricola” ölkəmizdə kənd təsərrüfatı sahəsində qabaqcıl texnologiyaların tətbiq olunmasına və ekoloji təmiz məhsulların yetişdirilməsi üçün maye və orqanik gübrələrdən istifadə təcrübəsinin öyrənilməsi istiqamətində yerli və xarici aqronomlardan istifadə edərək fermerlərimiz üçün praktiki dəstək göstərir.

Şirkət qısa zaman ərzində yüksək potensiallı kadrları öz ətrafında toplayaraq, müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini müasir dövrün tələblərinə uyğun təşkil edib. 

Aqrar sahə üzrə çalışan şirkət Azərbaycan fermerlərinə məhsul və xidmətləri daha rahat, həmçinin, əlçatan təklif etmək üçün özünün geniş satış şəbəkəsini qurub.

Şirkətdə bir sıra xidmətlər mövcuddur:

-Kənd təsərrüfatı müəssisələrinin və fermerlərin istənilən tələbatının ödənilməsi üçün hər növ gübrə, toxum, mikroelement, bitki mühafizəsi vasitələri, pestisid, mal-qara, heyvan yemi və digər kənd təsərrüfatı təyinatlı malların idxalı və satışı.- İri həcmlərdə suda həll olunan, maye, bio və mineral gübrələrin satışı.
- Hər növ kənd təsərrüfatı işləri üzrə aqrokonsaltinq xidmətləri.
- Kənd təsərrüfatı sahəsində hər növ layihələrin hazırlanması və idarə olunması.
- Aqronom dəstəyi.
-Aqrar sahədə çalışan fermerlərə məhsul və xidmətləri daha rahat, həmçinin, əlçatan etmək üçün geniş satış şəbəkəsi.

“Agricola”nın regionda 50 dən çox satış məntəqəsi mövcuddur: 

Bu satış məntəqələri Bakı, Abşeron – Xızı, Quba, Qusar, Xaçmaz, Şəki-Zaqatala, Lənkaran-Astara, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Dağlıq Şirvan, Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan, Naxçıvan, Cəlilabad, Biləsuvar, Masallı, Neftçala, Beyləqan, Ağdam, Bərdə, Yevlax, Şəki, Qəbələ, İsmayıllı, Şəmkir və Ağcabədidə yerləşir.

Türkiyə, İsrail, Finlandiya, Norveç, Polşa, İordaniya, İspaniya, Litva, Gürcüstan, Slovakiya və Rusiyadan 170-ə yaxın çeşid gübrə və dərmanlar şirkət tərəfindən təqdim olunur. 

Şirkətin əsas missiyası insanların həyatı, sağlamlığı və ətraf mühitin qorunması tələblərinə cavab verən ekoloji təmiz gübrələri fermerlərə təqdim etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567
avatar

Oxşar yazılar