11 şəhər və rayonda ciddi tikinti nöqsanları aşkarlanıb
Komitədən «APA-ECONOMICS»ə verilən məlumata görə, iclas prezidentin «Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında» fərmanının icrasına həsr olunub. Toplantıda tikinti və şəhərsalma sahəsində dövlət nəzarətinin gücləndirilməsi ilə əlaqədar olaraq 2009-2010-cu illərdə respublikanın 13 şəhər və rayonlarında Komitə tərəfindən aparılmış araşdırmaların nəticələri və onunla bağlı tədbirlər müzakirə olunub. Kollegiya iclasında komitənin rəhbərliyi ilə yanaşı, araşdırma aparılmış 13 şəhər və rayonların baş memarları iştirak edib, araşdırmalar zamanı aşkarlanmış nöqsanların aradan qaldırılması üçün yerli icra hakimiyyətləri tərəfindən görülmüş tədbirlərin icra vəziyyəti araşdırılıb.
Araşdırma zamanı bir daha müəyyən edilib ki, Qusar və Şabran rayonlarından başqa 11 şəhər və rayonda (Abşeron, Xaçmaz, Quba, Qobustan, Siyəzən, Xızı, Şəki, Oğuz, Şəmkir, Masallı, Şamaxı) verilmiş «Tapşırıq»ların icra müddətləri başa çatsa da, yol verilmiş nöqsanlar hələ də tam aradan qaldırılmayıb. Baxmayaraq ki, bu nöqsanların aradan qaldırılması ilə bağlı Komitə tərəfindən təkrar müraciətlər də edilib.
Araşdırma aparılmış şəhər və rayonlarda ən çox rast gəlinən nöqsanlar əsasən torpaqların təyinatı üzrə istifadə olunmaması, təsdiq olunmuş şəhərsalma sənədləri ilə əsaslandırılmadan obyektlərin ərazidə yerləşdirilməsi olub. Bundan başqa, inşaat pasportlarının olmaması və yaxud tam tərkibdə tərtib olunmaması, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi Dövlət Ekspertiza Baş İdarəsinin rəylərinin olmaması, tikinti işlərinin başlanmasına yerli icra hakimiyyətlərinin memarlıq xidmətləri tərəfindən «icazə» sənədinin verilməməsi və s. kimi hallar da əsas nöqsanlardandır.
Aparılmış müzakirələrdə qeyd edilib ki, şəhərsalma fəaliyyəti zamanı hüquqi pozuntulara ən çox Şəki şəhərində və Şamaxı rayonunda yol verilib. Qeyd edilənlərdən məlum olur ki, araşdırma aparılan şəhər və rayonların hamısında baş vermiş hüquqi pozuntular yerli memarlıq xidmətləri tərəfindən vaxtında tədbirlərin görülməməsi nəticəsində baş verib ki, sonradan bu nöqsanlar aşkarlandıqda onların aradan qaldırılması mümkün olmur, ya da həmin nöqsanları aradan qaldırmaq üçün böyük çətinliklər yaranır. Kollegiya iclasının yekununda nöqsanların aradan qaldırılması üçün müvafiq qərar qəbul olunub.

690