ARDNŞ-də “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzi yaradılıb
ARDNŞ-nin yeni struktur bölməsi – “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzi yaradılıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu Mərkəz əsas etibarı ilə 2010-2015-ci illəri əhatə edən “NANONEFT” proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən neft-qaz hasilatının artırılması, köhnə, xüsusilə sulaşmış yataqlarda karbohidrogenlərin çıxarılması və bu istiqamətdə xərclərin azaldılmasına nail olunması istiqamətində iş aparacaq.
İndiyə qədər ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin müşaviri vəzifəsində çalışmış texnika elmləri doktoru, professor Eldar Qəşəm oğlu Şahbazov Mərkəzin direktoru təyin edilib.
Qeyd edək ki, “NANONEFT” proqramı 4 hissədən - “Nanohasilat”, “Nanoqazma”, “Nanoneftkimya” və “Ekonanoneft” hissələrindən ibarətdir. Cari vəziyyət, məqsəd və nəticələr, 2010-2015-ci illərdə görüləcək işlər və gözlənilən iqtisadi səmərə mənbələri açıqlanmaqla tərtib olunmuş proqramda 2005-ci ildən başlayaraq “kiçik təsir effekti” deyilən prinsiplə elmi cəhətdən əsaslandırılmış nanotexnologiyalar işlənmiş, hasilatda, qazmada, neft kimyası sahəsində - yeni nanoaktiv maddələr və reagentlərin işlənməsi nəzərdə tutulub. Dünya qazma praktikasında ilk dəfə olaraq “kiçik təsir effekti” əsasında quyuların qazılması prosesində mürəkkəbləşmələrin və qəzaların aradan qaldırılması üçün “HANONEFT”, “NANOBİTİUM”, “NANOQUDRON” və “NANOMAY” sistemlərinin elmi əsasları işlənmiş və praktik olaraq həyata keçirilib. Artıq bu günə kimi anomal yüksək və alçaq lay təzyiqli reoloji kəsilişləri ilə səciyyələnən “Qum adası”, “Bibiheybət”, “Balaxanı” “Bəyimdağ-Təkçay”, “Günəşli” kimi yataqlarda bu nanosistemlər tətbiq edilib, 16 quyu mürəkkəbləşmələrsiz layihə dərinliyinə çatdırılıb.
Yeni sistemlərin istifadəsi quyu divarının dayanıqlığının qorunmasını, lay kollektorlarında mühafizə ekranının yaradılmasını və bununla da məhsuldar layların çirklənməsinin qarşısının alınmasını təmin edib və istifadəsi nəzərdə tutulmuş xarici kimyəvi reagentlərin sərfini kəskin şəkildə azaldıb. Bundan başqa, ARDNŞ-nin bir qrup alimi qazma prosesi zamanı quyu dibi zonasında tez-tez müşahidə olunan qum tıxaclarının aradan qaldırılması məqsədi ilə yeni nanotexnologiya yaradıb. Reoloji göstəricilər xeyli yaxşılaşmış, qum hissəciklərinin fəzada (çıxarılan mayenin tərkibində) dayanıqlığı artmış, həm praktik, həm də elmi cəhətdən böyük nəticələr əldə olunub. “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzinin fəaliyyətə başlaması son vaxtlar dünya elminin aktual sahələrindən birinə çevrilmiş nanotexnologiyaların istehsalata tətbiqi istiqamətlərində yeni nailiyyətlərin qazanılmasına əlavə stimul verəcək.

1583