TBC Kredit maliyyə göstəricilərini artırır
Sonrakı ay da az müvəffəqiyyətli olmayıb. Kompaniyanın kredit portfeli 1 may 2011-ci il tarixinə 22 mln. dollar təşkil edib ki, bu da 2010-cu ilin sonuna olan göstəricidən 15% çoxdur. Portfelin 51%-ni təşkil edən biznes kreditləri üstünlüyə malikdir ki, onun da təxminən 22%-i mikrobiznes kreditləşməsi çərçivəsində verilən kreditlərin payına düşür, portfelin qalan 22%-ini istehlak kreditləri və 27%-ini ipoteka kreditləri təşkil edir.
TBC Kredit kreditlər üzrə daha əlverişli şərtlər təklif etməklə öz məhsul çeşidini yaxşılaşdırmağa davam edir. Belə ki, aprel ayında avtomobil kreditinin şərtləri yaxşılaşdırılıb. İndi adıçəkilən kreditlə istənilən avtomobili, yeni və ya işlənmiş, ilkin ödənişsiz və kreditin müddəti 3 ilə qədər olduqda sığortasız almaq olar. Avtomobil kreditlərinin maksimal məbləği 50,000 manat, müddəti isə 5 il təşkil edir. Kreditin illik faiz dərəcəsi 18-19%-dir. Kredit alınan maşının girovu ilə verilir.
TBC Kreditin biznes fəaliyyətinin sabitliyi hər şeydən əvvəl yüksək xidmət səviyyəsi ilə səciyyələnir. Kompaniyanın üstünlüyü müştərilərin ehtiyaclarını tam bilməsi və dərindən anlamasındadır. TBC Kredit bütün səylərini hər bir müştəri ilə əməkdaşlığın səmərəli və qarşılıqlı faydalı olmasına yönəldir.
TBC Kredit Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın aparıcı bankı olan TBC Bank-a (Gürcüstan), 25%-i isə ShoreBank International Ltd (ABŞ) şirkətinə məxsusdur.

667