Mübariz Mənsimov İstanbulda otel açdı - FOTO
Mayın 4-də axşam İstanbulun Levent məhəlləsində 20 noyabr 2003-cü ildə terror hücumuna məruz qalan və Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov tərəfindən 90 milyon dollara satın alınan HSBC bankın binasının yerində yaradılan “The İstanbul Edition” otelinin rəsmi açılışı keçirilib.
Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, qırmızı lenti Türkiyənin mədəniyyət və turizm naziri Ertuğrul Günay, İstanbul valisi Hüseyin Avni Mutlu, Mübariz Mansimov və ortağı İsgəndər Xəlilov kəsiblər.
Açılış mərasiminə Hollivud ulduzu Diane Kruge və sevgilisi Joshua Jackson, ingilis modelyeri Riçard Nicoll, o cümlədən Mübariz Mənsimovun yaxın dostları qatılıb. Qonaqları şampana qonaq ediliblər. Səhnədə müğənni Sezən Aksu yer alıb.
Qeyd edək ki, 2 il ərzində binanın 78 nömrəsi olan otelə çevrilməsi üçün 60 milyon dollar sərmayə qoyulub. Otelin bir nömrəsinin bir günlük qiyməti 400 dollardan başlayır. Oteldə kral dairəsinin 1 günlük qiyməti isə 7 min 500 dollardır. Otel “Marriott International”ın “Editon” markası altında fəaliyyət göstərəcək. Bu, “Editon” markası altında fəaliyyət göstərən dünyada ikinci, Avropada isə birinci otel olacaq. Otelə Palmali Şirkətlər Qrupu ilə birlikdə “İSR Group” da sərmayə qoyub. Oteldə dünyanın restoran və cecə klubları sırasında ən məşhur olan markalar da fəaliyyət göstərəcək. Bu sırada məşhur gecə klubu “Billionarire Club” da var. Bu kluba qrupla gələnlərin ən azı 270 dollarlıq bir içki butulkası açdırması gərəkdir.

2066