“Banklar Fəaliyyətdə” layihəsinin ilk mərhələsi başa çatıb
04 may 2011 18:37 (UTC +04:00)

“Banklar Fəaliyyətdə” layihəsinin ilk mərhələsi başa çatıb

Mərkəzi Bankın “Junior Achievement Azərbaycan” (JAA) təşkilatı ilə birgə keçirilən “Banklar Fəaliyyətdə” adlı layihəsi çərçivəsində 40-a yaxın tələbə-iqtisadçı mərkəzi bankçılıq və bank sisteminin quruluşu haqqında ətraflı məlumat əldə edib.

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də, Bakı Dövlət və Qafqaz Universitetlərinin iqtisadiyyat fakültələrinin tələbələri 5 günlük treninqin sonunda xüsusi sertifikatlarla təltif olunublar.

Mərkəzi Bankın baş direktoru Emin Hüseynov deyib ki, treninq proqramı üzərində çoxlu hazırlıq işləri aparılıb və proqram bank sistemindəki yeni ideyaları və tendensiyaları əks etdirir. Treninq Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilib. Tələbələr pul siyasətinin hədəfləri, məzənnə sabitliyi, Mərkəzi Bankın vəzifə, funksiyaları və onun milli iqtisadiyyatdakı rolu haqqında ətraflı məlumatlar əldə ediblər. Tələbələr bank sisteminin quruluşu, onun müxtəlif iştirakçıları, bankların üzləşdiyi risklər, risk idarəetməsi mexanizmləri, müxtəlif maliyyə alətlərinin mahiyyəti, onları müqayisə etmək üsulları ilə tanış olublar. Eyni zamanda tələbələrə Mərkəzi Bankda işə qəbul prosesi, o cümlədən Mərkəzi Bankın internatura proqramı barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, “Banklar Fəaliyyətdə” adlı layihə Azərbaycan Məktəblərində İqtisadiyyatın Tədrisi Proqramı çərçivəsində keçirilib. Proqramın əsas məqsədi iqtisadi və sahibkarlıq biliklərini gənclərə nəzəri və tətbiqi yollarla tədris edərək, gələcəyin biznes liderlərini və hazırlıqlı kadrlarını yetişdirməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar