“Texnikabank”: Abdulla Abdullayevin bu cür hərəkətləri biznes mühitində utancvericidir
Bankdan “APA-ECONOMICS”ə verilən açıqlamada bildirilir ki, “Xural” qəzetinin son zamanlar ardıcıl olaraq “Texnikabank” ASC və onun rəhbərliyi haqqında dərc etdiyi məntiqsiz və şər-böhtan xarakterli yazıları qınayır və qəzetin bu cür hərəkətlərini ölkə iqtisadiyyatına, siyasi sabitliyə və sivil biznes mühitinə qarşı yönəlmiş qeyri-etik hərəkətlər kimi qiymətləndirir: “Xural” qəzeti və onun rəhbərliyi hansı səlahiyyətlər çərçivəsində “A.M.A.Y.” - “Texnikabank” çəkişməsini masaya yatırmaq” iddiası ilə çıxış edir? Maraqlıdır, qəzetə bu səlahiyyətləri kim verib? Biz tələb edirik ki, “Xural” qəzeti və onun rəhbərliyi bu cür məsuliyyətsiz və əxlaqa sığmayan hərəkətlərinə son qoysun”.
“Texnikabank” “A.M.A.Y.” şirkətindən və onun rəhbərliyindən tələb edir ki, bankdan götürülmüş kreditlərinin qaytarılmasını təmin etsin və yaxud alternativ vasitələrdən istifadə edərək öhdəliklərinin yerinə yetirilməsi üçün banka təkliflər versin, bankla qarşılıqlı şəkildə problemlərini həll etməyə səy göstərsin, “reket” qəzetlərini ətrafına yığaraq bu şantaj hərəkətlərinə son qoysun: “Abdulla Abdullayevin bu cür hərəkətləri biznes mühitində utancvericidir. Kreditin qaytarılmasını siyasiləşdirərək, şər-böhtan ataraq, şantaj hərəkətlər edərək, dövlət orqanlarına böhtanlar yağdıraraq, istintaq və məhkəmə orqanlarına “reket” qəzetlərlə qruplaşmaqla təsir edərək kreditlərin qaytarılmaması üçün belə vasitələrdən istifadə etmək heç bir qanuna uyğun deyil və yolverilməzdir”.

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04