
İdxal olunan təyyarə və helikopterlər ƏDV-dən azad edilib
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" qərarda edilmiş dəyişikliklə bir sıra aviasiya avadanlıqlarının idxalı ƏDV-dən azad olunub. Bura aviasiyada istifadə üçün təzə pnevmatik rezin şinlər, qığılcımla alışan daxiliyanma, dövri və irəli-geri hərəkət edən porşen ilə aviasiya mühərrikləri, gücü 50 kVt-dan çox, lakin 100 kVt-dan çox olmayan sıxılmadan alovlanan porşenli daxiliyanma (dizellər və yarımdizellər), təzə, mülki aviasiya üçün mühərriklər, aviasiya mühərrikləri üçün hissələr, turboreaktiv mühərriklər, turbovintli mühərriklər, reaktiv mühərriklər və onların hissələri, boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox olmayan vertolyotlar, boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox olan və olmayan vertolyotlar, boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox olmayan təyyarələr və digər uçan aparatlar, boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox, lakin 15000 kq-dan çox olmayan təyyarələr və digər uçan aparatlar, boş təchiz olunmuş aparatın kütləsi 15000 kq-dan çox olan təyyarələr və digər uçan aparatlar, təyyarə və vertolyotların digər hissələri, uçuş heyəti üçün yerüstü trenajorlar və onların hissələri, hava nəqliyyatı vasitələrində istifadə olunan oturacaqlar kimi oturacaqlar və s. daxildir.
Qərar mayın 25-də qüvvəyə minəcək.
Qərar mayın 25-də qüvvəyə minəcək.
Oxşar yazılar

"Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib
21 iyul 2025 , 18:37
"Kapital Bank"ın dəstəyi ilə TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu
21 iyul 2025 , 17:16
“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi
21 iyul 2025 , 15:45
Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19