Aviabiletlərin bahalığı turizmin inkişafını ləngidir - SORĞU
”APA-ECONOMICS”in məlumatına görə, bu barədə ölkədə turizmin inkişafı vəziyyəti ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) keçirilən toplantıda qeyd olunub.
ASK-nin turizm komissiyasının sədri, “Bakı Tur” şirkətinin rəhbəri Faiz Məmmədov bildirib ki, “Azal”ın təqdim etdiyi qiymətlər o qədər yüksəkdir ki, xarici turistlər üçün başqa ölkədə istirahət etmək daha sərfəli görünür. Belə ki, Türkiyədə 3-ulduzlu hoteldə 1 həftə qalmaq, gündə 2 dəfə yemək, aeroportda qarşılanıb, yola salınma, Moskva-Antaliya-Moskva təyyarə bileti də daxil olmaqla Rusiya turistinin xərclədiyi pula (500-600 dollar) yalnız Moskva-Bakı-Moskva reysinə bilet almaq olar: “Ona görə də yerli turizm şirkətləri bu qiymətlərlə Rusiya vətəndaşlarını Azərbaycana cəlb eləməkdə çətinlik çəkir”.
Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov isə qonşu Gürcüstanda Tiflisdən İstanbula 79 avroya uçmağın mümkün olduğunu bildirir: “Belə çıxır ki, gələcəkdə azərbaycanlılar Bakıdan İstanbula birbaşa yox, əvvəlcə qatarla və ya avtobusla Tiflisə gedəcək və oradan İstanbula uçacaqlar”.
Azərbaycanda təyyarə biletlərinin qiymətinin yüksək olduğunu digər mütəxəssis - Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadır Bilalov da təsdiqləyib. Onun sözlərinə görə, Bakının hava limanında təkcə aeroport rüsumları (36 manat) ABŞ aeroportlarından da (12-15 dollar) yüksəkdir: “Ümumiyyətlə, Bakıdakı aeroport rüsumunun məbləği ilə İspaniyadan Mərakeşə uçmaq olar” (biletin qiyməti 26 avrodur).
Yeri gəlmişkən, Faiz Məmmədovun sözlərinə görə, ərəb ölkələrində baş verən hadisələr və bura gedən turistlərin azalması nəticəsində regionda digər turizm obyektlərinə tələbat artıb. Bu, xüsusilə Rusiya turistlərində hiss olunur. F.Məmmədovun sözlərinə görə, belə vəziyyətdə Azərbaycan tərəfi düzgün siyasət yürütməklə Rusiya turistlərinin təxminən 10-15%-ni ölkəyə cəlb edə bilər: “Bu bir neçə yüz min turist deməkdir. Amma qiymətlərin yüksək olması, buna imkan vermir”.

Oxşar yazılar

Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilir
8 may 2025 , 18:49
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək
8 may 2025 , 17:45"City Garden Narimanov"da premium mənzillərin təmir prosesi başa çatmaq üzrədir "Kristal Abşeron!"
8 may 2025 , 15:56
Umico kredit xətti ilə alış-verişə 50 faiz komissiya endirimi
8 may 2025 , 14:29
Kapital Bank-ın 30 000 000 manat həcmində istiqraznın abunə yazılışı başladı
8 may 2025 , 09:44
“Azercell”dən bəzi tarif paketlərindən istifadə şərtlərinin dəyişməsi ilə bağlı - Açıqlama
7 may 2025 , 17:41
"Azercell"in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
7 may 2025 , 14:44