Neft Emalı Zavodundan Etilen-Polietilen Zavoduna qaz kəməri çəkildi
“Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun xammalla etibarlı təmin edilməsi məqsədi ilə Heydər Əliyev Bakı Neft Emalı Zavodunun (BNEZ) 55 nömrəli qurğusunda istehsal olunan quru qaz və nafta məhsullarının həmin zavoda nəql edilməsi haqqında qərar qəbul edilib və bu istiqamətdə genişmiqyaslı işlərə start verilib.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanmış və zavodun sifarişi əsasında şirkətin “Neftqaztikinti” Tresti birinci buraxılış kompleksi üzrə quru qaz kəmərinin tikinti-quraşdırma işlərini həyata keçirib.
Zavoddan Etilen-Polietilen Zavoduna qədər 60 kilometr uzunluğunda quru qaz xətti çəkilib. Kəmərin 31 km uzunluğunda olan 200 mm-lik hissəsi Güzdəyə, 25 km uzunluğundakı digər hissəsi isə buradan diametri 350 mm olan borularla Sumqayıta qədər çəkilib. Cəmi 2 ay yarım müddətə inşa edilmiş 60 km-lik boru xəttinin möhkəmliyi və kipliyi yoxlanılıb, antikorroziya tədbirləri, torpaqlanma və digər zəruri işlər görülüb. Layihənin iqtisadi əhəmiyyətini nəzərə alaraq, Heydər Əliyev adına BNEZ-in daxili imkanları səfərbər olunub, 55 nömrəli qurğunun 100-cü bölməsində olan PK-102/2 kompressoru quru qazın nəqli üçün rekonstruksiya edilib.
Layihə üzrə Etilen-Polietilen zavoduna ildə 92 min ton quru qaz verilməsi nəzərdə tutulub. Hazırda quru qaz kəmərinin keçdiyi ərazilərin ətrafı abadlaşdırılır, xətt boyunca münbit torpaq sahələri bərpa edilir və göstərici nişanların quraşdırılması işləri yerinə yetirilir.

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30