Sumqayıtda fəhlə uçqunların altında CAN VERDİ  - YENİLƏNİB
22 iyul 2025 15:34 (UTC +04:00)

Sumqayıtda fəhlə uçqunların altında CAN VERDİ - YENİLƏNİB

Sumqayıtda fəhlənin faciəvi şəkildə ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, iyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 20 yaşlı Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

***
13:59

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayonda torpaq uçqununun baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Lent.az FHN-ə istinadən xəbər verir ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, torpaq uçqunu baş verib və 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Keçirilən tədbirlər nəticəsində uçqun altında köməksiz vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
13:46

Sumqayıtda tikinti aparılan ərazidə bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə 10-cu mikrorayon ərazisində qeydə alınıb. Tikinti aparılan zaman orada çalışan fəhlə, 20 yaşlı Ariz Ağayarov baş verən torpaq uçqunu altında qalaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1174

Oxşar yazılar