Sevgilisini yatdığı yerdə bıçaqlamışdı - HÖKM OXUNDU
22 iyul 2025 17:27 (UTC +04:00)

Sevgilisini yatdığı yerdə bıçaqlamışdı - HÖKM OXUNDU

Sevgilisinə yatdığı yerdə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 18 yaşlı Səbinə Vəliyevanın cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 11 il 3 ay müddətinə azadlıqdan məhrum olmasını təklif edib.

Vəkili təqsirləndirilən şəxsin yaşının az olmasını nəzərə alaraq, cəzanın ağır olduğunu bildirib.

Dövlət ittihamçısı deyib ki, təklif qanun normasında irəli sürülüb: "Təqsirləndirilən şəxs zərərçəkənə köməksiz vəziyyətdə xəsarət yetirib".

Səbinə Vəliyeva son sözündə əməlindən peşman olduğunu deyib.

Məhkəmənin hökmünə əsasən Səbinə Vəliyeva 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkəcək.

Qeyd edək ki, istintaq materiallarına əsasən, Səbinə Vəliyeva 2024-cü ilin yanvar ayında qeyri-rəsmi münasibətdə olduğu Fərid Hüseynzadəyə yatdığı yerdə bıçaqla çoxsaylı zərbələr endirib. Onlar birlikdə spirtli içki qəbul etdikdən sonra Səbinə səhər özünü çılpaq vəziyyətdə görüb əsəbiləşərək, bıçağa əl atıb. O, bu addımını özünü təhqir olunmuş hiss etməsi ilə izah edib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 29-cu (Cinayət etməyə cəhd), 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adamöldürmə), 120.2.9-cu (Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə ittihamlar irəli sürülüb. Səbinə Vəliyeva ittihama görə özünü qismən təqsirli bilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar