Kommunist partiyasının sədrinin nəvəsi intihar etdi
22 iyul 2025 17:50 (UTC +04:00)

Kommunist partiyasının sədrinin nəvəsi intihar etdi

Bolqarıstan Kommunist Partiyasının sədri Todor Jivkovun 54 yaşlı nəvəsi Todor Slavkov Bolqarıstanda ölü tapılıb. İlkin məlumata görə, o intihar edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə yerindən tapança aşkar edilib.

“Məhkəmə-tibbi ekspertizanın rəyi və toplanmış digər sübutlar intihar versiyasını təsdiqləyir, zorakılıqla ölüm faktı yoxdur”, - deyə məlumatda bildirilir.

Hadisə yerində baxış və məhkəmə-tibbi ekspertizasının aparıldığı bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma iki ay ərzində yekunlaşmalıdır.

Slavkov həm də Bolqarıstan Olimpiya Komitəsinin sədri, BOK üzvü və Bolqarıstan Milli Televiziyası İvan Slavkovun (1940-2011) oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar