Ən etibarlı 10  Koreya avtomobili
22 iyul 2025 12:04 (UTC +04:00)

Ən etibarlı 10 Koreya avtomobili

“TopSpeed” portalı etibarlı 10 Koreya avtomobilinin reytinqini tərtib edib.

Lent.az xəbər verir ki, 2024-cü ilin “Hyundai Santa Fe” krossoveri etibarlılıq baxımından “Mazda CX-5” və “Subaru Outback” kimi yapon avtomobillərini geridə qoyaraq siyahıya başçılıq edir. Bu model etibarlılıq üçün 10-dan 9-u, təhlükəsizlik üçün 10-dan 8-i və pulun dəyərinə görə 10-dan 8.5-i alıb.

İkinci yerdə “Acura Integra” və “Lexus IS”dən daha etibarlı olan 2025 “Genesis G70” qərarlaşıb. Üçüncü yeri etibarlılıq baxımından “Toyota Highlander” və “Honda Pilot”u üstələyən 2025 “Kia Telluride” krossoveri tutur.

Ən etibarlı Koreya avtomobillərinin ilk 10-luğuna həmçinin “Hyundai Sonata”, “Genesis GV70”, “Kia Sportage”, “Hyundai Tucson”, “Genesis G80”, “Kia Forte” və “Hyundai Elantra” daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar