“Western Union”dan Yaponiyaya dəstək
Pul köçürmələri üzrə dünya lideri olan “Western Union” şirkəti öz tərəfdaşları ilə birlikdə Yaponiyaya pul köçürmələri ilə bağlı “Komisyonsuz pul köçürmələri” aksiyasına başlayıb. Lent.az “Western Union” şirkətinin yaydığı məlumata əsasən bildirir ki, “Komisyonsuz pul köçürmələri” aksiyası müştərilərə Yaponiyada dağıdıcı zəlzələdən və sunamidən əziyyət çəkmiş qohumlarına və tanışlarına xidmət haqqı ödəmən pul göndərmək imkanı verir.
Yaponiyaya komisyonsuz pul köçürmələrini aprelin 17-dək həyata keçirmək olar. Bunun üçün müştərilər “Western Union” sisteminin “Komisyonsuz pul köçürmələri” proqramında iştirak edən bütün məntəqələri vasitəsilə pul köçürmələrini edə bilərlər. Bir sıra ölkələrdə bu xidmətdən “Western Union” şirkətinin saytı (www.westernunion.com) vasitəsilə də istifadə etmək olar.
“Şirkətin özü və tərəfdaşları Yaponiya xalqını bu çətin zamanda dəstəkləyirlər. Bizim xidmətlərə həm ayrı-ayrı insanların, həm də bütöv bir ölkənin həyatındakı ağır dövrlərdə xüsusilə ehtiyac var” - deyə, “Western Union”un pezidenti və İcraçı Direktoru Hikmət Ersek qeyd edib.
Xatırladaq ki, zəlzələ və sunamidən sonrakı dağıntılar “Western Union” şirkətinin Yaponiyadakı biznesinə də təsir göstərib. Şirkət Yaponiyanın fəlakətdən əziyyət çəkmiş regionlarında xidmətlərin göstərilməsini qısa müddətdə bərpa etmək üçün öz tərəfdaşları ilə sıx şəkildə çalışır. Yaponiyada müştərilər ”Western Union” sisteminin bütün ölkədəki məntəqələrinin iş saatları haqda pulsuz qaynar xətt telefonları (0034-800-400-733) yaxud şirkətin İnternet səhifəsi vasitəsilə (www.westernunion.co.jp) məlumat əldə edə bilərlər.
Bu həftə “Western Union” Fondu fəlakətdən əziyyət çəkmiş insanların yaşayış yeri, ərzaq qidası, su və dərmanlarla təmin edilməsi üçün xeyriyyə təşkilatı olan Mercy Corps vasitəsilə Peace Winds Japan şirkətinə pul vəsaitləri göndərib. Bundan başqa, Western Union ABŞ-dakı müştərilərinin Yaponiyada fəlakətdən əziyyət çəkmiş insanlara pul göndərə bilməsi üçün xüsusi hesab açıb. Western Union Quick Collect (şəhərin kodu: Japan Relief, CO) xidməti vasitəsilə xidmət haqqı ödəmən Mercy Corps xeyriyyə təşkilatının hesabına Western Union xidmət məntəqələrindən pul köçürmək olar. Şirkətin ABŞ-dakı müştəriləri Yaponiyaya pul vəsaitlərini www.westernunion.com saytı vasitəsilə də köçürə bilərlər.
Elxan SALAHOV

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30