Əli Abbasov iranlı həmkarı ilə görüşüb
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, örüşdə iki ölkə arasında mövcud dostluq münasibətlərindən, rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə danılıb. Nazir Əli Abbasov dostluq münasibətlərinin ölkələrimiz arasında strateji əməkdaşlıq sahəsində əhəmiyyətli rol oynadığını bildirib.
Azərbaycanda səfərdə olmaqdan böyük məmnunluq hissi duyduğunu bildirən Reza Tağıpur Ənvəri Azərbaycan Prezidenti ilə keçirilən görüşdən məmnunluğunu ifadə edib, iki ölkə arasında dostluq və qarşılıqlı əməkdaşlıq imkanlarının yüksək olduğunu qeyd edib. O, İKT sahəsində həyata keçirilən məqsədyönlü işlərdən də danışıb.
Görüşdə telekommunikasiya və poçt sektoru, beynəlxalq trafiklərin ötürülməsi, sərhəd bölgələrində efir məkanın qorunması, xüsusən də coğrafi blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında televiziya və radio proqramlarının yayımının tənzimlənməsi, eləcə də, kosmik sənaye sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Sonda hər iki tərəfdən nazir müavinləri səviyyəsində işçi qrupunun yaradılması və müzakirələr nəticəsində əldə olunan yekun təkliflərin İran-Azərbayсan qarşılıqlı hökumətlərarası komissiyasına təqdim edilməsi məqsədəuyğun hesab edilib.

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16