Sentyabrda ən cazibədar rayonlar Xətai, Nərimanov, Yasamal və Binəqədi olub
30 oktyabr 2009 15:30 (UTC +04:00)

Sentyabrda ən cazibədar rayonlar Xətai, Nərimanov, Yasamal və Binəqədi olub

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi paytaxtın təkrar mənzil bazarında apardığı monitorinqin nəticələrini açıqlayıb.


Təşkilatdan Lent.az-a daxil olan məlumata görə, bu ilin sentyabr ayı ərzində təkrar bazar üzrə bağlanan əqdlərin dinamikasında ötən ayla müqayisədə artım qeydə alınıb (0,7%). Ay ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı ötən aya nisbətən artıb. Köhnə mənzillərin ipoteka kreditləşməsində əsas tələb seqmenti olduğu üçün təkrar bazar üzrə təklifin artımı ilə müşahidə olunub. Təklifin artmasına əsasən kommersiya məqsədilə bazara çıxarılan mənzillərin yenidən satışan çıxarılması səbəb olub.


Araşdırmalar göstərir ki, təklif üzrə artım ümumi təklif portfelində yeni tikililərinin payının 59%-ə qalxmasına səbəb olub. Təkrar bazardakı yeni tikililərin sayı ötən ayla müqayisədə (27%) xeyli artıb.

Bazarda təklifin (8,3%) artmasına baxmayaraq, orta qiymət dəyişməz qalıb. İpoteka kreditləşməsinin təsiri nəticəsində əmlakın bu növü üzrə likvid dəyər nisbi artsa da, risk dərəcəsi hələ də yüksək olaraq qalır. Əqdlərin sayının artımı təkrar mənzillər üzrə ekspozisiya müddətinin artımının da qarşısını alıb. Avqustla müqayisədə sentyabrda ekspozisiya müddəti daha 6 gün azalaraq 102 günə enib. Təklifin artması və bazarda yeni tikililərin sayının çoxalması əmlakın gəlirlik əmsalına mənfi təsir göstərib və təkrar mənzil bazarı üzrə gəlirlik azalıb (-1,8%).

Aparılan araşdırmalardan məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksi qiymətə müvafiq olaraq stabil qalıb, qiymət indeksində azalma nisbi xarakter daşıyıb (-0,2%). Bazara təqdim olunan “yeni tiklilər”in təklif portfelində xüsusi çəkisi yenə də artmaqda davam edir.

Yeni tikililərin sayının təkrar bazarda ümumi təklif portfelində artması nəticəsində otaq sayına görə təklif portfelində 3 otaqlı mənzillərin mövqeyi güclənib. 2 otaqlı mənzillər üzrə tələb və təklifin digər mənzilləri üstələmə tendensiyası sentyabrda yenidən 3 otaqlı mənzillərlə əvəz olunub. Sentyabr ayında aparılan araşdırmalar təkrar bazarda 3 otaqlı mənzillərin ümumi portfeldəki payının (39,3%) 2 otaqlıları (36,9%) üstələdiyini üzə çıxarıb. Sentyabrda təkrar bazarda ümumi təklif portfelinə Yasamal rayonu (28,2%) başçılıq edib. Yasamal rayonunun ümumi təklif portfelində həlledici mövqeyə qalxması bu rayondakı yeni tikililərin sürətlə təkrar bazara inteqrasiyası nəticəsində meydana çıxıb.


Sentyabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ay olduğu kimi Xətai, Nərimanov, Yasamal və Binəqədi rayonları olub. Bu rayonların ən vacib cəhəti ipoteka üçün daha səmərəli olmasıdır.

Aparılan araşdırmalara əsasən, avqustda təklif 15% azalıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 6600-ə enib.

Yasamal, Xətai, Nərimanov, və Nəsimi rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil etmiş və bu 4 rayonun ümumi təklif portfelindəki payı birlikdə 78,1%-ə bərabərdir.

Sentyabr ayında qiymət indeksində 0,5 bənd azalma müşahidə edilib. Orta qiymət nisbi, 0,2% azalaraq ötən ay qeydə alınmış 1282 $/kv.m-dən 1280 $/kv.m-ə enib və 2007-ci ilin fevral ayında qeydə alınan nəticəyə yaxınlaşıb.


Ay ərzində ən çox orta qiymət artımı Suraxanı rayonunda (9,2% ) qeydə alınıb. Əlavə olaraq, Səbail və Sabunçu (1%) rayonları da istisna olmaqla, digər rayonların hamısında qiymət azalması qeydə alınıb. Ən çox qiymət azalması Qaradağ rayonunda (11,8%) baş verib.
Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1280 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 55,5%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.44 (artım 6,1%), hər otağın orta satış qiyməti 47361 ABŞ dolları (azalma 2%), mənzilin orta qiyməti isə 115561 (artım 4%) ABŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar