İnternet xidmətlərinin qiyməti ilə bağlı monitorinqin nəticələri açıqlandı
02 oktyabr 2009 12:15 (UTC +04:00)

İnternet xidmətlərinin qiyməti ilə bağlı monitorinqin nəticələri açıqlandı

Region ölkələri ilə müqayisədə Azərbaycanda tariflər ucuzdur


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə və regionda internet xidmətlərinə dair tariflərin monitorinqini davam etdirir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, nazirlik tərəfindən aparılan monitorinq zamanı Azərbaycanda Qlobal Şəbəkəyə genişzolaqlı çıxış qiymətlərinin xeyli azalması qeydə alınıb.

İlin əvvəlindən qiymətlər ümumiyyətlə 6-7 dəfə endirilib. Hazırda ölkədə internet-istifadəçilərə təqdim olunan qiymətlər regionun digər ölkələri ilə müqayisədə xeyli aşağıdır.

Xatırladaq ki, fevral ayında respublikanın internet provayderləri tərəfindən qiymətlər iki dəfədən artıq endirilıb. Cari ilin sentyabr ayında isə Azərbaycanın ilkin provayderi olan “Delta Telecom” şirkəti ölkə provayderləri üçün qiymətlərin endirilməsi barədə elan edib. Bir ay ərzində provayder şirkətlər öz tariflərini təhlil edib, yeniləşdiriblər.

Oktyabrın 1-dən etibarən “Aztelekom.net” və “Bakinternet” dövlət provayderləri yeni tariflər haqqında elan ediblər. İnternetə 1 Mbit/s sürəti ilə aylıq limitsiz çıxışın qiyməti artıq 29 manatdır. Əvvəl həmin paketin qiyməti 130 manat təşkil edib (4,5 dəfədən də çox enmə müşahidə olunur). Yeni tariflər barədə ətraflı məlumatlarla “Aztelekom.net” və “Bakinternet”in saytlarında tanış olmaq olar.

“AzDataCom” şəbəkəsi çərçivəsində də internet xidmətlərinin tarifləri endirilib. Bundan əvvəl bir sıra özəl provayderlər tərəfindən də tariflərin bir neçə dəfə endirilməsi elan olunub. “Connect”, “Uninet”, “Azeronline” şirkətləri yuxarıda qeyd olunan paketin qiymətini 30 manatadək azaldıb, “Smart System Technology” şirkəti isə həmin paketə görə 20 manat dəyərində tarif təyin edib. Ölkənin digər internet provayderləri tərəfindən də bu istiqamətdə intensiv işlər aparılır.

Monitorinqin nəticələrinə əsasən, bu gün üçün Azərbaycanda internetə 1 Mbit/s sürəti ilə aylıq limitsiz çıxışın orta qiyməti 25-30 manat təşkil edir (təqribən 31-37 ABŞ dolları). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həmçinin regionun bir sıra ölkələrində internet-tariflərin monitorinqi aparılıb. Aşağıda region ölkələrinin bir sıra provayderləri tərəfindən internetə 1 Mbit/s sürəti ilə aylıq limitsiz paketlərin tarifləri göstərilib:


Gürcüstan: təxminən 160 ABŞ dolları
http://proplanetu.ru/xe/?v=GEL

Ermənistan: 80-90 ABŞ dolları arasında, həmçinin təqribən 185 ABŞ dolları qoşulma haqqı.
http://www.web.am/en/prices/?p=home
http://www.beeline.am/hiline/hiline_unlim.html

Rusiya Federasiyası: RF-də regiondan asılı olaraq qiymətlər arasında böyük fərq müşahidə olunur. Orta hesabla – 10-150 ABŞ dolları arasında.
http://prov.nag.ru/prov/root/region64/settlement80/providers/provider596/service946/
http://broadcasting.ru/newstext.php?news_id=35578
http://www.meganet.ru/tariffs
http://www.stream.ru/prices/

Türkiyə: təxminən 34 ABŞ dolları.
http://www.ttnet.com.tr/evde_3

Ukrayna: 15 ABŞ dollarından 50-60 ABŞ dollarınadək.
http://www.kievisp.com/company.shtml?id=70#tarif
http://www.netassist.net.ua/node/41

Belarus: 210-430 ABŞ dolları arasında.
http://www.cosmostv.by/service.asp?div=chan&zone=5
http://www.avilink.net/index.py?page=price
http://www.byfly.by/client/tariffs/

Moldova: qoşulma haqqı – 45 ABŞ dolları, paketin qiyməti 14-20 dollar arasında.
http://www.telemedia.md/ru/fclient/#inet1
http://www.moldtelecom.md/ru/persons/internet/maxdsl/Planuri_tarifare_MaxDSL/or_Chisinau_centre_raionale/

Qazaxıstan: 256 kb/s sürəti ilə internetə limitsiz çıxış paketi – təxminən ayda 15-27 ABŞ dolları. http://megaline.kz/ru/rates/hit/
http://www.telecom.kz/index.php?uin=1238758826&actn=home&lang=rus

Qırğızıstan: 28 kb/s sürəti ilə internetə limitsiz çıxış paketi – təxminən ayda 55 ABŞ dolları
http://www.kt.kg/services/data-internet/adsl/

Qeyd edək ki, bütün linklər işlək vəziyyətdədir, göstərilmiş tariflər isə 2009-cu il 1 oktyabr tarixinə qüvvədə olublar.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bundan sonra da bu istiqamətdə monitorinqlər keçirəcək, nəticələr isə geniş ictimaiyyətə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897

Oxşar yazılar