
Sahibkarlıq subyektlərindəki yoxlamalarla bağlı vəziyyət araşdırılacaq
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayev söyləyib. Hansı qurumların daha çox sahibkarlıq subyektlərində yoxlamalar apardığı araşdırılacaq. Onun sözlərinə görə, sahibkarlar İqtisadi İnkişaf Nazirliyi və digər müvafiq dövlət qurumlarının çoxsaylı yoxlamalarına məruz qalır, bu da sahibkarların fəaliyyətinə ciddi maneələr törədir: “Biz hökumətə təklif edəcəyik ki, İqtisadi İnkişaf Nazirliyi və vergi orqanları sahibkarlıq subyektlərində yoxlamalar apararkən bizim də nümayəndələrimiz orada iştirak etsin. Həm də ayrı-ayrı qurumlar bu yoxlamalarını bir yerdə aparsın. Çünki bugünkü halda sahibkarlıq subyektlərin hər ay orta hesabla ən azı 1,5 dəfə yoxlama aparılır”.
Məmməd Musayev deyib ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının aparacağı yoxlamalarda hansı dövlət qurumlarının daha çox sahibkarlıq subyektlərini yoxladığı və sahibkarların fəaliyyətinə əngəl yaratdığı araşdırılacaq.
Elxan Salahov
Məmməd Musayev deyib ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının aparacağı yoxlamalarda hansı dövlət qurumlarının daha çox sahibkarlıq subyektlərini yoxladığı və sahibkarların fəaliyyətinə əngəl yaratdığı araşdırılacaq.
Elxan Salahov
Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16