Cavid Qurbanov: “Yük avtomobilləri yolları dağıdır”
Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında “İnzibati xətalar haqqında” qanun layihəsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.
Lent.az-ın məlumatına görə, layihə barədə danışan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sürücülərinin inzibati məsuliyyətini müəyyən edən bəzi dəyişiklərin vacibliyini önə çəkib. Komitə sədri deyib ki, hazırda bu sahədə çox ciddi problemlər var. Onun fikrincə, bu problemləri həll etmək üçün ilk növbədə sürücülərin məsuliyyət yükünü artırmaq və cərimələri sərtləşdirmək lazımdır.
“Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov isə yük daşıyan avtomobillərin normadan artıq yüklənməsi səbəbindən yeni salınan yolların və körpülərin dağılmasından şikayətlənib. Avtomobil yollarının dövlət büdcəsindən olan iri məbləğli vəsaitlər hesabına salındığını xatırladan millət vəkili yol infrastrukturunun dağılmasına görə sürücüləri günahlandırıb: “Hər bir maşının yükgötürmə qabiliyyəti var. Amma sürücülər öz avtomobillərini normadan bir neçə dəfə artıq yükləyir. Nəticədə yollar çökür və qısa zaman içərisində sıradan çıxır. Vəziyyət bu cür davam etsə, yollar sıradan çıxacaq”.
Cavid Qurbanov bununla əlaqədar qanunvericilikdə sürücülərin məsuliyyətinin artırılmasına, cərimələrin bir qədər də sərtləşdirilməsinə tərəfdar olduğunu deyib.
Müzakirələrdən sonra komitə üzvləri qanuna əlavə və dəyişiklikləri Milli Məclisin plenar iclasına tövsiyə edib.
Elxan SALAHOV

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16