Artıq yüklənmiş avtomobillərin yükü yolda boşaldılır
İri tonnajlı avtomobillərə qarşı növbəti reydlər daş karxanalarında və 3 əsas magistral yollarda aparılıb
Nəqliyyat Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi ilə birgə Bakının Qaradağ rayonundakı karxanalarda, Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Kürdəmir magistral yollarında iri tonnajlı avtomobillərdə daşınan yüklərin normativ standartlara uyğunluğunu yoxlamaq məqsədilə reydlər keçirib. Normadan artıq yüklənmiş avtomobillərin yükü boşaldıqdan sonra həmin avtomobillərin yollarda hərəkətinə icazə verilir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, bu tədbirlərdə əsas məqsəd isə magistral yolların dağılmasının qarşısını almaq və yol hərəkəti təhlükəsizliyinin təmin etməkdir. Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, magistral yollarda hərəkət edən yük avtomobillərinin hər oxuna düşən yükün çəkisi 10 tondan artıq olmamalıdır: “Ancaq bizim keçirdiyimiz reydlər nəticəsində avtomobillərin bu normadan 2-3 dəfə artıq yükləndiyi məlum olur. Belə hallarda sürücüyə və yük sahibinə xəbərdarlıq edilməklə yük normal həddə endirilir. Yəni avtomobil harada saxlanılıbsa, elə orada da artıq yük yerə boşaldılır. İkinci dəfə belə hal təkrarlanarsa, İnzibati Xətalar Məcəlləsinə uyğun protokol yazılır və sürücü, yük sahibi cərimələnir”.
Pünhan Mürsəliyev yük daşıyan avtomobillərə tətbiq edilən qadağaların son vaxtlar sərtləşdirilməsini avtomobil yollarının dağılması ilə əlaqələndirir. Onun sözlərinə görə, mövcud avtomobil yolları, körpü və qurğuların çoxu keçmiş SSRİ dövründə sovet standartlarına uyğun inşa olunub. Bu zaman körpü və yolların yükgötürmə qabiliyyəti aşağı gücə hesablanıb. Son illər isə Avropada istehsal edilmiş iritonnajlı yük avtomobillərinin sayı artdığından sovet standartlarına uyğun tikilmiş yollar və körpülər deformasiyaya uğrayır.
“Hətta müasir standartlara uyğun tikilmiş yeni yollar da normadan artıq yüklənməyə tab gətirmir. Çünki yüklənmə tikinti və yük normalarından 2-3 dəfə yüksək olur” - deyə, “Azəryolservis”in nümayəndəsi qeyd edib.
Elxan SALAHOV

1009