Yük avtomobillərinə qadağa
10 avqust 2009 11:30 (UTC +04:00)

Yük avtomobillərinə qadağa

Bundan sonra normadan artıq yük götürmüş iri tonnajlı avtomobillər respublika əhəmiyyətli yollara buraxılmayacaq

Nəqliyyat Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi ilə birgə respublika əhəmiyyətli yollarda iri qabaritli yük avtomobillərində daşınan yüklərin tonnajının müəyyən edilmiş standartlara uyğunluğunun yoxlanılması işini həyata keçirir. Müəyyən edilmiş standartlardan artıq yük daşıyan avtomobillərin belə yollarda hərəkətinə qadağa qoyulacaq.

Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, artıq bir neçə gündür ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq Qaradağ və Zarat postlarında yük maşınlarında daşınan yüklərin tonnajının uyğunluğu yoxlanılır. Bu tədbirlərdə əsas məqsəd isə magistral yolların dağılmasının qarşısını almaq və yol hərəkəti təhlükəsizliyinin təmin etməkdir.

Nazirlikdə onu da bildirirlər ki, mövcud qaydalara görə, yük maşınlarının hər oxuna 10 ton yük düşməlidir. Maksimal kütlə isə qoşqu ilə birlikdə 44 tondan artıq ola bilməz. Avtomobilin daşınan yük ilə birgə hündürlüyü 4 metr, eni 2 metr, uzunluğu isə 20 metrdən çox olmamalıdır.

Xatırladaq ki, sözügedən məsələ və problemdən çıxış yolları bu gün Nəqliyyat Nazirliyində Baş Dövlət Yol Polis İdarəsi ilə birgə müzakirə olunacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 973

Oxşar yazılar