Daha 2 rayonda torpaqlar satışa çıxarılacaq
Bərdə və Salyanda satışa çıxarılacaq torpaqlar fərdi mənzil tikintisi üçün nəzərdə tutulub
Avqustun ortalarında Azərbaycanın 2 rayonunda növbəti torpaq hərracı keçiriləcək. Hərraclardan birinin Salyanda, digərinin isə Bərdədə keçirilməsi nəzərdə tutulur.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Lent.az-a bildiriblər ki, avqustun 14-də Salyan rayonunun Aşağı Noxudlu bələdiyyəsinə məxsus 0,026 ha torpaq hərraca çıxarılacaq. Həmin gün Bərdədə Yeni Daşkənd bələdiyyəsinə məxsus 0,08 hektar torpaq sahəsi də müsabiqə yolu ilə sahibini tapacaq.
Komitədə deyirlər ki, hər iki rayonda satışa çıxarılacaq torpaq sahələri fərdi mənzil tikintisi üçün nəzərdə tutulub. Bu rayonlarda hərrac və müsabiqənin keçirilməsi üçün bildirişlər isə ötən ayın əvvəlindən elan olunub. Hazırda müsabiqə və hərracı keçirəcək komissiyalar yerlərdə təşkilati tədbirləri başa çatdırıb. Həmçinin hərrac və müsabiqənin keçirilməsi qaydaları barədə hər iki rayonda yerli əhali arasında məlumatlandırma işləri aparılıb.
Elxan SALAHOV

Oxşar yazılar
“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44