Bakı-Təl-Əviv-Bakı reysi avqustun 22-dən dayandırıla bilər
05 avqust 2009 11:45 (UTC +04:00)

Bakı-Təl-Əviv-Bakı reysi avqustun 22-dən dayandırıla bilər

İsraildə nəşr olunan “Haarets” qəzetinin internet saytı İsrailin “Arika” şirkətinin təyyarələrinin Azərbaycan paytaxtına uçuşlarının dayandırıldığı barədə xəbər yayıb.

Lent.az-ın məlumatına görə, sayt bunun səbəbinin Azərbaycan tərəfinin İsrail təhlükəsizlik qüvvələrinin silahlı əməkdaşlarını paytaxt aeroportu ərazisinə buraxmaq istəməməsi olduğunu yazıb. Qeyd edək ki, bu barədə məlumat Azərbaycan KİV-də də yayılmışdı.

Sayt yazır ki, İsrailin bu məsələyə reaksiyası adekvat olub. Rəsmi Təl-Əvivin qərarı ilə AZAL-ın təyyarələrinin Bakı-Təl-Əviv-Bakı reysi ilə uçuşunun da avqustun 22-dən dayandırılacağı bildirilir.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Lent.az-a açıqlamasında bildirib ki, söhbət “Arika” şirkətinin təyyarələrinin Azərbaycana uçuşunun dayandırılmasından yox, şirkətin təyyarələrinin Azərbaycana uçuşunun başlanılmasına icazə verilib-verilməməsindən gedir.

Məhərrəm Səfərli deyib ki, “Arika” şirkətinin irəli sürdüyü aviasiya təhlükəsizliyi ilə bağlı şərtlər problem yaradır və bu istiqamətdə danışıqlar yekunlaşmayıb, hələ davam edir.

Məhərrəm Səfərli deyib ki, İsrail tərəfinin mülki-texniki tələbləriylə bağlı AZAL şirkətinin təyyarələrinin Təl-Əvivə uçuşları avqustun 22-dən dayandırıla bilər: “Ancaq hazırda bu istiqamətdə də danışıqlar aparılır”.

AZAL-ın mətbuat xidmətinin rəhbəri İsrail tərəfinin irəli sürdyü mülki-texniki tələblərin nədən ibarət olduğuna aydınlıq gətirməyib, bunun dövlətlərarası müqavilə ilə tənzimləndiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813

Oxşar yazılar