Bakıda gənclərin regional yarışı keçiriləcək
04 avqust 2009 17:00 (UTC +04:00)

Bakıda gənclərin regional yarışı keçiriləcək

Yarışda Azərbaycanı Dövlət İdarəçilik Akademiyası və Naxçıvan Dövlət Universitetinin tələbələri təmsil edəcək

Avqustun 5-dən 8-dək Bakıda “Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)” beynəlxalq tələbə proqramı üzrə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin regional yarışı keçiriləcək. Yarışda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistan komandaları iştirak edəcəklər.

Gənclər və İdman Nazirliyindən Lent.az-a bildiriblər ki, SİFE üzrə regional yarışın keçirilməsində məqsəd sahibkarlıq fəaliyyəti sahəsində gənclərin beynəlxalq əlaqələrini genişləndirmək, gənclərinin bu sahədə bacarıq və təcrübələrini artırmaqdır. Azərbaycanı bu yarışda Dövlət İdarəçilik Akademiyası və Naxçıvan Dövlət Universitetinin komandaları təmsil edəcək. Regional yarışda iştirak edən komandaların layihələri yerli və beynəlxalq ekspertlər tərəfindən qiymətləndiriləcək.

Xatırladaq ki, “Tələbələr azad sahibkarlıq fəaliyyətində” beynəlxalq tələbə proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. Hazırda 6 qitəni və 48 ölkəni təmsil edən tələbə komandalar hər il keçirilən Dünya çempionatlarında öz ölkələrinin azad sahibkarlıq sahəsindəki ideyalarını tələbələr arasında təbliğ edirlər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1163

Oxşar yazılar