“Azərilər olmasa, lüks villalar satılmaz”
04 avqust 2009 12:15 (UTC +04:00)

“Azərilər olmasa, lüks villalar satılmaz”

Türkiyədə ev alan azərbaycanlıların zövqü türk memarları xeyli əziyyətə salır

Türkiyənin “Radikal” qəzetinin köşə yazarı Funda Özkan ölkəsinin müxtəlif bölgələrində, xüsusən Kuşadası, Bodrum kimi turizm cənnətlərində tarixi memarlıq ənənələrinin sıradan çıxmasından, dəmir-beton konstruksiyalı çoxmərtəbəli geniş binaların tikintisinin vüsət almasından şikayətlənib və bu işdə azərbaycanlıların xüsusi rol oynadığını vurğulayıb.
Lent.az-ın xəbərinə görə, Funda Özkan son köşə yazısında tikinti şirkətlərinin rəhbərlərinin turizm bölgələrindəki dəmir-beton konstruksiyalı binalardakı böyük mənzillərinin alıcıları sırasında azərbaycanlıların əsas yer tutduqlarını söylədiyini bildirir.
Müəllif yazır ki, bu günlərdə azərbaycanlı iş adamı 1 milyon lirə verərək Türkbükündə 3 mərtəbəli binanı bütünlüklə alıb. Ancaq hazır binanın içindəki mərməri, döşəməni bəyənməyib. Azərbaycanlı iş adamı villanın içərisini sökdürüb və təzədən öz zövqünə uyğun təmir etdirir.
O, digər azərbaycanlının 3 ayrı villanı bir neçə milyon dollara aldığını, sonradan onların aralarını sökdürərək bir villa halına gətirdiyini qeyd edir: “Bizim türklər azərbaycanlıların bir evindəki otaqlarda 17 plazma televizor olduğunu heyrətlə bir-birinə danışırlar. Azərbaycanlı ev sahiblərinin oymalı-naxışlı mebellərə də marağı böyük imiş. Evin daxili dizaynı ilə məşğul olan türk memarların ağır mebellər, böyük pərdələr tapmaqda çətinlik çəkdikləri də zarafatla tez-tez söylənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 973

Oxşar yazılar