Dairəvi yol payızda hazır olacaq
Avropa standartlarına uyğun inşa edilən 12 kilometrlik yola üçqat asfalt örtüyü çəkiləcək
Ölkənin şimal-cənub nəqliyyat dəhlizini birləşdirən İkinci Dairəvi yol bu ilin payızında istifadəyə veriləcək. Bakı-Şamaxı magistral yolundan başlayıb “Sədərək” yarmarkasının yaxınlığında Birinci Dairəvi yola birləşən bu nəqliyyat qovşağının ümumi uzunluğu 12 kilometrdir.
“Azəryolservis” ASC-dən Lent.az-a bildiriblər ki, ötən ildən inşasına başlanmış avtomobil yolunda əsas tikinti işləri başa çatmaq üzrədir. Belə ki, layihədə nəzərdə tutulmuş işlərin 95 faizi yerinə yetirilib. İndiyədək yol üzərində 60 metr uzunluğunda 1 körpü və 9 su ötürücü qurğu inşa edilib, ərazidəki bataqlıq qurudulub.
Xatırladaq ki, yolun tikintisini Nəqliyyat Nazirliyinin sifarişi ilə “Texnika-A servis” şirkəti aparır. Layihəyə əsasən, uzunluğu 12 kilometr, eni 20 metr olan 4 zolaqlı yolda üçqat asfalt örtüyü çəkiləcək. Artıq 9,5 kilometrlik hissədə asfaltın 1-ci və 2-ci qatları vurulub.
Elxan SALAHOV

Oxşar yazılar
“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44