Azərbaycan Dövlət Dəmir Yolu xüsusi tədbirlərə başladı
Buna səbəb Rusiya və Gürcüstanda “donuz qripi”nin yayılmasıdır
Rusiya və Gürcüstanda A(H1N1) virusunun (“donuz qripi”) yayılması ilə əlaqədar Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) tədbirlər planı hazırlayıb.
Bu barədə «APA-ECONOMICS»ə ADDY-in mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Bu təhlükəli virus simptomları barədə qatar bələdçiləri məlumatlandırılıb, həmçinin Dəmir Yolu Xəstəxanasında xəstəliyin aşkarlandığı sərnişinlərin saxlanılması üçün xüsusi palatalar ayrılıb.
N. Əzməmmədovun sözlərinə görə, dəmir yolunun həkimlərindən ibarət xüsusi sanitar qrup yaradılıb. Virus təhlükəsi aşkarlandıqda sanitar qrup qatarları sərhəddən Bakıya və əks istiqamətdə müşayiət edəcək.
Tədbirlər planına əsasən, sərnişin qatarlarında sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılıb, dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılıb. ADDY Taun Əleyhinə Stansiyada profilaktik preparatların, dezinfeksiya maddələrinin və fərdi qoruyucu vasitələrinin ehtiyatı yaradılıb.

Oxşar yazılar
“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44