Azərbaycan Suriyaya 1 milyard kubmetr qaz satacaq
Bunu Suriya prezidenti Bəşər Əsəd deyib
“Qaz məsələsi Azərbaycanla danışıqların əsas prioritetlərindən birini təşkil edib. Təbii ki, Azərbaycan ilə İran, Gürcüstan və Türkiyə arasında qaz kəmərləri var. İki il bundan əvvəl biz Türkiyədən Suriyaya qaz ötürməsi və ya qaz kəməri çəkilməsi barədə danışıqlara başladıq. Azərbaycan qazı bu kəmərlə Suriyaya, oradan isə cənuba - İordaniyaya və Misirə çatdırıla bilər. Bizdə təbii qaz alınması çox böyük əhəmiyyətə malikdir, çünki, bizim ehtiyatlarımız çox azdır. Şübhəsiz ki, həmin marşrutla nəql olunacaq qazın çox hissəsini Azərbaycan qazı təşkil edəcək”.
APA-nın “Azərtac” dövlət agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan-Suriya biznes forumunda Suriya prezidenti Bəşər Əsəd deyib.
Suriya prezidenti bildirib ki, qaz kəmərləri Xəzər dənizi, Qara dəniz və Ərəb körfəzi regionları arasında əlaqələrin inkişafına təkan verəcək: “Biz Azərbaycandan qaz almaq barədə danışıqlar apardıq. Bu qaz Suriyaya Türkiyə vasitəsilə çatdırılmalıdır. Azərbaycan Suriyaya müasir qiymətlərlə ildə təqribən 1 milyard kubmetr qaz satmağa razılıq verib. Türkiyə tərəfi də bu məsələyə rəğbətlə baxır. Heç şübhəsiz ki, bu kəmər Azərbaycan, Türkiyə və Suriya münasibətlərinə yeni ab-hava gətirəcək”.

Oxşar yazılar

Qadınları Dəstəkləyən Dəb: Pinko Fəlsəfəsi
19 avqust 2025 , 17:21“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08