Bakıda obyektlər ucuzlaşıb
07 iyul 2009 18:00 (UTC +04:00)

Bakıda obyektlər ucuzlaşıb

İyun ayı ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış qiymətində 1,5%, icarə qiymətlərində 1,2% qiymət azalması qeydə alınıb.


Lent.az-ın məlumatına görə, “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi qeyri-yaşayış sahələri bazarında apardığı növbəti monitorinqin nəticələrinə əsasən belə qənaətə gəlib.

İyunda bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 2,6% artıb. Təklifin artmasına səbəb kimi bazara əsasən boş yerlərdən ibarət kommersiya obyektlərinin daxil olmasıdır.
Qeyri-yaşayış sahələri üzrə aparılan əməliyyatlar üzrə ekspozisiya müddətinin artım tempi 2% təşkil edib. Buna müvafiq olaraq, bazarda ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib.

Ötən illə müqayisədə Bakı şəhəri üzrə qiymət indeksində azalma 16,5% təşkil edib. Ötən ayla müqayisədə isə qiymət indeksində azalma 1,5% olub.
Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) mayda qeydə alınan 3065 ABŞ dollarından 3019 dollara qədər azalıb. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən rüblə müqayisədə 5,2%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 15,2% təşkil edib.


Bazarda qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (3019 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 62,3% paya malikdir.
Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə I zona istisna olmaqla, digər 3 zona üzrə qiymət azalması müşahidə edilib. Ay ərzində qeyri-yaşayış sahələri bazarında Əzizbəyov və Qaradağ rayonları istisna olmaqla, bütün rayonlarda orta qiymətlərdə azalma müşahidə edilib. Kommersiya obyektlərinin orta satış qiyməti Qaradağda 1,2%, Əzizbəyovda isə 1,1% artıb. Qaradağ rayonunda bəzi seqmentlər üzrə əmlak qiymətlərinin artımı rayon ərazisində yeni ticarət mərkəzinin istifadəyə verilməsi və rayonda tələbin artımı ilə əlaqəlidir. Əzizbəyovda isə yay mövsümünün başlanması qiymət artımına səbəb olub.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1696

Oxşar yazılar