2 yeraltı keçiddə təmir başa çatır
“28 May”da və "Olimp"in qarşısındakı piyada keçidləri yaxın vaxtlarda istifadəyə veriləcək
Metronun “28 May” stansiyası qarşısındakı yeraltı piyada keçidində aparılan təmir işləri artıq başa çatmaq üzrədir. Hazırda keçiddə son tamamlanma işləri aparılır.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, 9 giriş-çıxışı olan keçiddə piyadaların sərbəst hərəkəti üçün hər cür şərait yaradılıb. Onun sözlərinə görə, Yasamal rayonu ərazisində, Neftçilər prospektində - "Olimp" mağazası qarşısındakı 4 çıxışlı yeraltı piyada keçidi də artıq istifadəyə hazırdır. Hər iki keçidin yaxın vaxtlarda istifadəyə veriləcəyi planlaşdırılır.
Pünhan Mürsəliyev bildirib ki, hazırda hər iki piyada keçidinin divarlarına vurulmuş kafellər mərmərlə əvəzlənir, qrunt sularının içəri axmasının qarşısını almaq üçün drenaj sistemi qurulur. Yeraltı keçidlərin döşəməsi isə sürüşməyən qranit daşlarla bəzədilir. Bundan başqa keçidlərdə əlil arabalarının sərbəst hərəkəti üçün xüsusi pilləkənlər qoyulub. Onun sözlərinə görə, hər iki keçid yol standartlarına görə sovet dövründəkindən əhəmiyyətli dərəcədə fərqlənəcək.
Xatırladaq ki, paytaxtdakı bütün piyada keçidləri Bakı Şəhər İcra Hakimiyyətinin balansından çıxarılaraq, Nəqliyyat Nazirliyinə verilib. Nazirlik sovet dövründən tikilmiş bütün piyada keçidlərinin yenidən qurulması üçün layihələr hazırlayıb. Həmin layihələrə uyğun olaraq, bir neçə piyada keçidi əsaslı təmir olunaraq yenidən istifadəyə verilib.
Elxan SALAHOV

Oxşar yazılar

Qadınları Dəstəkləyən Dəb: Pinko Fəlsəfəsi
19 avqust 2025 , 17:21“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08