Neft Fondunun büdcə hesabatı prezidentə təqdim olunub
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. Baş nazir, Şuranın sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2008-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri müzakirə olunub. İclasda həmçinin ARDNF-nin 2008-ci il büdcəsinin icrası məsələlərinə də baxılıb.
Fondun mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Müşahidə Şurası qurumun 2008-ci ildə fəaliyyəti haqqında illik hesabatına, habelə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (Deloyt ənd Tuş şirkətinin) hesabatına və rəyinə baxıb. Həmçinin fondun 2008-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün prezidentə təqdim etmək barədə qərar çıxarılıb.
İclasın sonunda baş nazir Artur Rasizadə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.
Elxan SALAHOV

Oxşar yazılar

"Azəriqaz" rəsmiləri Lənkəranda vətəndaşlarla görüşdü - FOTO
25 may 2022 , 17:55
Binalardan ev alanlara nə qədər ƏDV qaytarılacaq?
25 may 2022 , 17:47
Bu rayonların qazı KƏSİLƏCƏK
25 may 2022 , 16:52
"Azəriqaz" nin növbəti "Açıq mikrafon"u Cəlilabadda qurulacaq
25 may 2022 , 15:21
Supermarketlərdə QİYMƏT QALMAQALI: "Araz", "OBA", "Al", "Bazarstore"...
25 may 2022 , 15:11
Bakı Enerji Həftəsində 30 ölkədən 249 şirkət iştirak edəcək®
25 may 2022 , 13:41
"Misli görünməmiş inflyasiya təzyiqləri yaranıb" - NAZİR MÜAVİNİ - YENİLƏNİB
25 may 2022 , 12:18